Ən son xəbərlər:

03.04.2023 /21:38/ Finlandiya 1995-ci ildən neytral ölkə olmayıb

Finlandiya 1995-ci ildən neytral ölkə olmayıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Finlandiya 1995-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra neytral dövlət olmayıb. Bu barədə Finlandiyanın Estoniyadakı səfiri Vesa Vasara bazar ertəsi İspaniyanın “Mundo” qəzetinə müsahibəsində bildirib.

Bizim üçün həlledici dəyişiklik 1995-ci ildə Aİ-yə daxil olmağımız olub: o andan Finlandiya neytral ölkə deyil. Baltikyanı regionun xəritəsinə baxsaq, indiyə qədər hərbi müttəfiq olmayan iki ölkəni görərik: İsveç və Finlandiya, – diplomat davam edib. Bizim girişimizin NATO-nun Baltik dənizi bölgəsində və təbii ki, Arktikada müdafiəsi üçün vacib olduğunu başa düşmək üçün strateji dahi olmaq lazım deyil.

NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi günü bildirib ki, aprelin 4-də Brüsseldə keçiriləcək üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Finlandiya alyansın rəsmi olaraq 31-ci üzvü olacaq.