Ən son xəbərlər:

03.04.2023 /18:15/ ABŞ Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı təhdidlərinə məhəl qoymamağa çağırıb

ABŞ Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı təhdidlərinə məhəl qoymamağa çağırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Nüvə ekspertləri ABŞ hakimiyyətini Kremlin siqnallarına məhəl qoymamaq barədə xəbərdarlıq ediblər. Bu barədə Newsweek nəşri yazır.

Qərb müttəfiqləri Rusiyanın xəbərdarlıqlarına məhəl qoymur və Ukraynanı getdikcə daha çox silahla təmin etməkdə davam edir, – nəşr belə yazır.

Qeyd olunur ki, Kremlin bəyanatlarına məhəl qoymamaq bütün dünya üçün təhlükə yarada bilər.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiya nüvə silahlarının yerləşdirilməsində hələlik dəyişiklikləri müşahidə etməyib.

Martın 26-da Rusiya prezidenti Vladimir Putin iyulun 1-dək Belarus ərazisində taktiki nüvə silahları üçün anbar tikiləcəyini bəyan edib.