Ən son xəbərlər:

03.04.2023 /17:47/ 2024-cü ildə BRİKS-in sammiti Kazanda keçiriləcək

2024-cü ildə BRİKS-in sammiti Kazanda keçiriləcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, BRİKS dövlət başçılarının görüşü gələn il Kazanda keçiriləcək. Bu barədə Rusiya prezidenti Vladimir Putinin bazar ertəsi rəsmi hüquqi informasiya portalında dərc olunan fərmanında deyilir.

Rusiya Federasiyasının 2024-cü ildə BRİKS assosiasiyasına qarşıdakı sədrliyi ilə əlaqədar mən 2024-cü ildə BRİKS dövlət başçılarının görüşünün keçiriləcəyi yer kimi Kazan şəhərini müəyyən etmək qərarına gəldim. Rusiya Federasiyasının 2024-cü ildə BRİKS assosiasiyasında sədrliyini hazırlamaq və təmin etmək üçün təşkilat komitəsi yaradılsın, – sərəncamda belə deyilir.

Sənədə əsasən, təşkilat komitəsinin sədri vəzifəsinə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov təyin edilib.