Ən son xəbərlər:

03.04.2023 /06:44/ Donald Tramp ittiham aktından sonra çıxış edəcək

Donald Tramp ittiham aktından sonra çıxış edəcək.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp aprelin 4-də ittiham aktından sonra çıxış edəcək. Bu barədə aprelin 2-də onun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı, aprelin 4-də Trampın Nyu Yorkda ona ittihamların oxunacağı məhkəməyə gələcəyi gözlənilir.

Siyasətçi ittiham aktından sonra Floridadakı Mar-a-Laqo malikanəsində çıxış edəcək. Trampın çıxışı çərşənbə axşamı saat 20:15-də planlaşdırılır.