Ən son xəbərlər:

01.04.2023 / 16:36 / Ukrayna vəd edildiyindən çox Leopard tankı almayacaq

Ukrayna vəd edildiyindən çox Leopard tankı almayacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, NATO ölkələri Ukraynaya iki batalyon Leopard 2 və dörd batalyon Leopard-1 tankları göndərməyi planlaşdırırdı. Bundan artığını gğzləmək çətin olacaq, çünki müttəfiqlərin resursları məhduddur. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius şənbə günü Welt am Sontag qəzetində dərc olunan müsahibəsində belə bildirib.

Mən Ukraynaya elan ediləndən artıq əlavə Leopardların göndərilməsinin mümkün olacağı bir ssenari görmürəm, deyib. Pistorius əlavə edib ki, bizim təchizatımız, digər ölkələr kimi, məhduddur. O qeyd edib ki, müdafiə naziri kimi hər şeyi verə bilməz. Elə ehtiyatlar var ki, onları xərcləmək olmaz.