Ən son xəbərlər:

01.04.2023/11:03/ Rusiya neftinin bir barrel üçün qiyməti 60 dollar səviyyəsində qalacaq

Rusiya neftinin bir barrel üçün qiyməti 60 dollar səviyyəsində qalacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Aİ Rusiya neftinin qiymətinin bir barrel üçün 60 dollar səviyyəsində qalacağını bildirib.

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələrə bildirib ki, Rusiya Federasiyasından neftin bir barel üçün 60 dollar səviyyəsindəki limit qiymətinə hələlik baxılmayacaq. Bu barədə cümə günü Bloomberg məlumat yayıb.

Onun mənbələrinə görə, Aİ icra hakimiyyəti icma ölkələrinin səlahiyyətlilərini xəbərdar edib ki, mövcud limit Rusiyanın neft dollarlarına çıxışını bazara xələl gətirmədən faktiki olaraq məhdudlaşdırır, ona görə də hələlik müəyyən edilmiş səviyyə dəyişməz olaraq qalacaq.