Ən son xəbərlər:

01.04.2023/10:52/ Əfqanıstandan terrorçuların KTMT ərazisinə keçmə riski artır

Əfqanıstandan terrorçuların KTMT ərazisinə keçmə riski artır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Əfqanıstandan terror qruplaşmalarının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin ərazisinə nüfuz etməsi təhlükəsi artır. Bunu cümə günü KTMT-nin baş katibi İmanqali Tasmaqambetov təşkilatın Katibliyi və Birləşmiş Qərargahının rəhbərliyinin genişləndirilmiş iclasında deyib.

Ekstremist ideologiya və terrorçu qrupların KTMT müttəfiqlərinin ərazisinə nüfuz etməsi təhlükəsi artır. Xüsusilə Əfqanıstan ərazisindən gələn kompleks təhdidlər narahatlıq doğurur.