Ən son xəbərlər:

01.04.2023/10:30/ Amerika Ukraynaya uzaqmənzilli raketlər verə bilmir

Amerika Ukraynaya uzaqmənzilli raketlər verə bilmir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ-da uzaq mənzilli raketlərin kiçik ehtiyatı var ki, bu da onların Ukraynaya ötürülməsi imkanlarını məhdudlaşdırır. Bunu cümə günü ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli “Defence One” nəşrinə onlayn müsahibəsində Vaşinqtonun nə üçün ATACMS raketlərini təhvil vermədiyi sualına cavab verərkən deyib.

Bu, siyasi qərardır və bu mənada mən gələcək üçün heç nədən imtina etməzdim. Amma hərbi nöqteyi-nəzərdən, hücum zamanı bizdə kifayət qədər (uzaqmənzilli raketlər – TASS qeydi) var. Biz arsenalımızda kifayət qədər ehtiyatın olmasını təmin etməliyik.