Ən son xəbərlər:

01.04.2023/10:16/ Çin və Hindistanla əlaqələrin gücləndirilməsi Rusiya üçün xüsusilə vacibdir

Çin və Hindistanla əlaqələrin gücləndirilməsi Rusiya üçün xüsusilə vacibdir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Cümə günü prezident Vladimir Putinin fərmanı ilə təsdiq edilmiş Rusiya Federasiyasının yeni Xarici Siyasət Konsepsiyasına əsasən, Çin və Hindistanla əlaqələrin inkişafı Rusiya Federasiyası üçün prioritetdir.

Sənəddə qeyd edildiyi kimi, dost suveren qlobal güc mərkəzləri – Çin və Hindistan ilə əlaqələrin hərtərəfli dərinləşdirilməsi və əlaqələndirilməsi Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir.

Konsepsiyada həmçinin qeyd olunur ki, Rusiya Federasiyası Asiya-Sakit okean regionunda bölücü xətlərin çəkilməsinə yönəlmiş siyasətə qarşı çıxmaq maraqları naminə geniş beynəlxalq əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.