Ən son xəbərlər:

01.04.2023/06:23/ Ukraynada münaqişə uzun müddət davam edə bilər

Ukraynada münaqişə uzun müddət davam edə bilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Almaniya kansleri Olaf Şolz Ukraynadakı münaqişənin yaxın gələcəkdə bitməyəcəyi, 2027-ci ilə qədər davam edə biləcəyi fikrini ifadə edib. O, bu fikrini cümə günü Frankfurter Allgemeine Zeitung qəzetinin təşkil etdiyi konfransda panel müzakirəsi zamanı bildirib.

Şolz hesab edir ki, Ukraynadakı hazırkı münaqişə iki və ya  dörd il davam edə bilər. Və bu, onun fikrincə, Almaniya üçün ciddi sınaq olacaq.

Biz mümkün olan hər şeyi edəcəyik ki, Ukraynaya lazım olan qədər dəstəyi davam etdirmək imkanımız olsun, – Almaniya hökumətinin başçısı əminliklə belə bildirib. Çünki ola bilər ki, bu müharibə iki, üç, dörd il davam edəcək və bu, hamımız üçün çətin olacaq.