Ən son xəbərlər:

01.04.2023/06:09/ Lukaşenko: Taktiki nüvə silahları üçün bütün infrastruktur yaradılıb

Lukaşenko: Taktiki nüvə silahları üçün bütün infrastruktur yaradılıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin taktiki nüvə silahlarının saxlanması üçün infrastrukturun hazır olduğunu bəyan edib.

Bizim konvertasiya edilmiş təyyarəmiz nüvə başlığı daşıya bilər. Siz Rusiya Prezidenti Vladimir Putindən Belarus ərazisində müvafiq infrastrukturun yaradılması ilə bağlı birgə planlar barədə eşitdiniz. Mən sadəcə aydınlaşdırmaq istəyirəm: bütün infrastruktur yaradılıb və hazırdır, – Lukaşenko cümə günü xalqa və parlamentə müraciət edərək belə deyib.