Ən son xəbərlər:

01.04.2023 / 04:25 / Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq elan etməyi təklif edib

Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq elan etməyi təklif edib.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Nə ÇXR-in sülh planı, nə də Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynada atəşkəslə bağlı təklifi indi həyata keçirilə bilməz. Rusiyanın məqsədlərinə çatmaq üçün yeganə vasitə Xüsusi Hərbi Əməliyyatdır. Bu barədə ötən gün, martın 31-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin öz kuratorlarına, komandirlərinə itaətsizlik etmək istəməməsi, daha doğrusu, mümkün olmaması səbəbindən Çin və Belarusun təklifləri hazırda reallaşa bilmir. Peskov deyib ki, onlar müharibəni davam etdirməkdə israrlıdırlar.

EADaily xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə müraciətlə Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq elan etməyi təklif edib.