Ən son xəbərlər:

18.02.2023/10:56/ Ağ Ev Vaşinqtonda Tayvan nümayəndə heyəti ilə gizli danışıqlar aparacaq

Ağ Ev Vaşinqtonda Tayvan nümayəndə heyəti ilə gizli danışıqlar aparacaq.

xeberaz.info-nun məlumatına görə Ağ Ev gələn həftə Vaşinqtonda Tayvan nümayəndələri ilə gizli danışıqlar aparacaq. Bu barədə Financial Times qəzeti yazır.

Mənbələr nəşrə bildiriblər ki, Çinin kəskin reaksiyasına səbəb olmamaq üçün diplomatik dialoq qapalı qalacaq.

Tayvan tərəfdən xarici işlər naziri Cozef Vu və milli təhlükəsizlik üzrə müşaviri Vellinqton Koo danışıqlarda iştirak edəcək, onlar ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Finer və dövlət katibinin müavini Vendi Şermanla görüşəcəklər.

Çin ABŞ rəsmilərinin Tayvana və Tayvanlı siyasətçilərin Amerikaya səfərlərinə qarşıdır.

Bundan əvvəl KİV-lər Tayvanın öz hərbi personalını Şimali Atlantika Alyansının təhsil müəssisələrinə yenidən hazırlıq üçün göndərdiyini yazmışdı. Xüsusilə, keçən il Romada NATO Müdafiə Kollecində altı aylıq kursu bitirmiş Tayvan Hərbi Hava Qüvvələri zabitindən danışıblar.

Dekabrın sonunda Çin Xarici İşlər Nazirliyi ABŞ hakimiyyətini Tayvanla hərbi əməkdaşlıqdan imtina etməyə və Tayvan boğazı ərazisində gərginlik ocaqları yaratmağı dayandırmağa çağırıb.