Ən son xəbərlər:

18.02.2023/09:09/ Kiyev özünün təşəbbüskarı olduğu Moskva ilə danışıqları dayandırdı

Kiyev özünün təşəbbüskarı olduğu Moskva ilə danışıqları dayandırıb.

xeberaz.info-nun məlumatına görə Kiyev rejiminin rəhbərliyi xüsusi əməliyyatın ilk həftələrində Rusiya ilə danışıqlara təkid etsə də, bir müddət sonra özləri bu danışıqlara mane oldular.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Belə ki, o, Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun-un münaqişə tərəflərinə atəşi dayandırmaq və danışıqlar prosesinə mümkün qədər tez başlamaq barədə müraciətinə cavab verib.

Zaxarova vurğulayıb ki, Rusiya tərəfi dialoqdan imtina etməyib, lakin Ukrayna hakimiyyəti qanunvericilik səviyyəsində Rusiya ilə danışıqlara qadağa qoyub. Müvafiq qanun 2022-ci ilin sentyabrında qəbul edilib.

Çin nümayəndəsi münaqişənin diplomatik yolla həllinə çağırışını BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Pekin hesab edir ki, danışıqlar masasına təkcə Rusiya və Ukrayna deyil, Qərb ölkələri də oturmalıdır.

Eyni zamanda, Zhang Jun Ukraynadakı münaqişənin səbəbinin Minsk razılaşmalarının yerinə yetirilməməsi olduğuna əmin olduğunu bildirib. O, hesab edir ki, o zaman Ukrayna böhranı indiki vəziyyətə çevrilə bilməzdi.

Xatırladaq ki, Moskva Rusiyanın dondurulmuş xarici aktivlərinə girişin qaytarılması üçün bütün mümkün hüquqi mexanizmləri nəzərdən keçirir.