Ən son xəbərlər:

18.02.2023/08:53/ Rusiya BMT Təhlükəsizlik Şurasında “Şimal axını” ilə bağlı qətnamənin səsverməsinə çıxmaq niyyətindədir

Rusiya BMT Təhlükəsizlik Şurasında “Şimal axını” ilə bağlı qətnamənin səsverməsinə çıxmaq niyyətindədir.

xeberaz.info-nun məlumatına görə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski bildirib ki, Rusiya “Şimal axını” ilə Baltik dənizində baş vermiş insidentlə bağlı beynəlxalq araşdırmaya dair qətnamə layihəsini hazırlayıb BMT Təhlükəsizlik Şurasının üzvləri arasında paylayıb.

Polyanski teleqram kanalında yazaraq bildirib ki, Bu gün biz Təhlükəsizlik Şurasında “Şimal axını”nın zədələnməsi ilə bağlı BMT baş katibinin himayəsi altında müstəqil beynəlxalq araşdırma aparılmasına dair qətnamə layihəsini yaydıq. O qeyd edib ki, Rusiya gələn həftə layihə üzrə səsverməyə çalışacaq.

Fevralın 8-də amerikalı jurnalist Seymur Herş anonim mənbəyə istinadən xəbər verib ki, boru kəmərlərindəki partlayışlar guya prezident Co Baydenin əmri ilə törədilib. Jurnalistin həmsöhbətinin sözlərinə görə, təxribatı Norveçin köməyi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş üzgüçüləri həyata keçirib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri bu nəşri uydurma adlandırıblar.

2022-ci ilin sentyabrında partlayış nəticəsində Danimarkanın Bornholm adası yaxınlığında birinci “Şimal axını”nın iki xətti və “Şimal axını 2”nin bir xəttinin təzyiqi azalıb. Rusiya Federasiyasında beynəlxalq terror aktı maddəsi ilə cinayət işi başlanıb. İsveç xüsusi xidmət orqanları da qaz kəmərlərində baş verən insidentin təxribat olduğu qənaətinə gəliblər.