Ən son xəbərlər:

18.02.2023/06:46/ Çin Almaniyanı “Şimal axını” hadisələrinin təkrarlanmasının qarşısını almağa çağırıb

Çin Almaniyanı “Şimal axını” hadisələrinin təkrarlanmasının qarşısını almağa çağırıb.

xeberaz.info-nun məlumatına görə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici işlər komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Van I Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə Münhendə görüşdə Almaniya tərəfinə “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində partlayışlar kimi hadisələrin təkrarlanması təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Van I bildirib ki, ÇXR Almaniyanın Ukraynadakı böhranla bağlı narahatlığını başa düşür. Böhran nə qədər uzansa, Avropaya bir o qədər çox ziyan dəyəcək. “Şimal axını”nda partlayışlara bənzər qəzalar yenə də təkrarlana bilər.

Van İ qeyd edib ki, Çin hakimiyyəti ən çətin şəraitdə belə Ukrayna böhranının sülh yolu ilə həllinə töhfə vermək niyyətindədir. Ukrayna məsələsində Çin ardıcıl olaraq barışığı təşviq etmək və sülh danışıqlarını inkişaf etdirmək üçün səylər göstərib. Vəziyyət nə qədər çətin olsa da, ÇXR bu səylərdən əl çəkməyəcək.

Xatırladaq ki, Pekin Ukraynada münaqişənin eskalasiyasını tez bir zamanda azaltmaq üçün Avropa ölkələri, o cümlədən Almaniya ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.