Ən son xəbərlər:

18.02.2023/06:09/ Blinken və Burbok Ukrayna və NATO-nu müzakirə ediblər

Blinken və Burbok Ukrayna və NATO-nu müzakirə ediblər.

xeberaz.info-nun məlumatına görə ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken və Almaniyanın xarici işlər naziri Annalena Burbok Münhendə keçirilən görüşdə Ukraynaya yardım, NATO öhdəliyi və digər mövzuları müzakirə ediblər.

Dövlət katibi Almaniyaya yaxın əməkdaşlığa və Ukraynaya güclü dəstəyə, o cümlədən hərbi, maliyyə və humanitar yardıma görə təşəkkür edib. Blinken ABŞ-ın İsveç və Finlandiyanın NATO-ya tezliklə daxil olmasına sadiqliyini vurğulayıb.

Blinken və Burbok həmçinin iqlim dəyişikliyi sahəsində əməkdaşlıq, enerji sektorunda Moldovaya yardım və Çinin yaratdığı qlobal problemlərin həllini müzakirə ediblər.