Ən son xəbərlər:

18.02.2023/05:28/ Bayden Polşaya səfəri zamanı Zelenski ilə görüşmək niyyətində deyil

Bayden Polşaya səfəri zamanı Zelenski ilə görüşmək niyyətində deyil.

xeberaz.info-nun məlumatına görə ABŞ prezidenti Co Bayden gələn həftə Polşaya səfəri zamanı Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyi planlaşdırmır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Con Kirbi qeyd edib ki, prezidentin Zelenski ilə görüşləri bu səfərin cədvəlinə daxil edilməyib. Amerika prezidenti Polşaya səfəri zamanı yalnız Varşavaya səfər etmək niyyətindədir.

Xatırladaq ki, Bayden bazar ertəsi axşam Polşaya səfər edəcək, orada çıxış edəcək və NATO-nun şərq cinahında yerləşən ölkələrin liderləri ilə görüşəcək.