Ən son xəbərlər:

18.02.2023/04:55/ Çin Moskva və Kiyevi atəşi dayandırmağa və danışıqlara başlamağa çağırıb

Çin Moskva və Kiyevi atəşi dayandırmağa və danışıqlara başlamağa çağırıb.

xeberaz.info-nun məlumatına görə Rusiya və Ukrayna tezliklə atəşi dayandırmalı və danışıqlara başlamalıdır. Bu barədə fevralın 17-də BMT Təhlükəsizlik Şurasının iclası zamanı Çinin təşkilatdakı daimi nümayəndəsi Çjan Jun bildirib.

Çin diplomatının fikrincə, Rusiya ilə Qərb ölkələri arasında da danışıqlar aparılmalıdır.

Çjan Jun bildirib ki, ABŞ, Avropa İttifaqı, NATO təhlükəsizliyin bölünməzliyi prinsipi əsasında Rusiya ilə hərtərəfli, dərin dialoq aparmalıdır. Onlar ümumi təhlükəsizliyə nail olmaq üçün balanslaşdırılmış, effektiv və güclü təhlükəsizlik arxitekturasının necə yaradılmasını müzakirə etməlidirlər..

Çin diplomatı çıxışında ölkəsinin aydın və ardıcıl hesab etdiyi mövqeyini səsləndirib: bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir, lakin təhlükəsizlik sahəsində bütün dövlətlərin qanuni maraqları da prioritetdir.