Ən son xəbərlər:

09.02.2023/19:13/ Seysmoloq Türkiyədə baş verən zəlzələnin səbəbini açıqlayıb

Seysmoloq Türkiyədə baş verən zəlzələnin səbəbini açıqlayıb.

xeberaz.info-nun məlumatına görə Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələnin səbəbi yer qabığının qırılması sahəsində gərginlik həddini aşması olub. Bu barədə Moskva Dövlət Universitetinin Yer fizikası kafedrasının dosenti, seysmoloq Anna Lyusina Gazeta.ru-ya müsahibəsində danışıb.

O, Türkiyənin coğrafi baxımdan Şimali Anadolu yarığında yerləşdiyini izah edib. Onun sözlərinə görə, bu, seysmik cəhətdən təhlükəli zonadır, orada mütəmadi olaraq kiçik zəlzələlər olur, iri zəlzələlər isə təxminən üç onillikdə bir dəfə baş verir.

Bura seysmik təhlükəli zona olduğundan yer qabığı aktivlik vəziyyətindədir, gərginliklər orada toplanır. Süxurların dartılma gücü aşılır və seysmik dalğalar şəklində enerji ayrılır, – mütəxəssis belə qeyd edib.

Onun sözlərinə görə, belə hallarda zəlzələlərin gücü yer qabığında onun atılmadan əvvəl nə qədər enerji toplaya bildiyindən asılıdır.

Fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində zəlzələ baş verib. Onun maqnitudası 7,8 bal olub. Yeraltı təkanların episentri ölkənin cənubunda, əhalisi 1 milyondan çox olan Qaziantep şəhəri yaxınlığında yerləşib.