Ən son xəbərlər:

09.02.2023/09:52/ Rusiya vətəndaşlığından imtina edənlərin sayı rekord saydadır

Rusiya vətəndaşlığından imtina edənlərin sayı rekord saydadır.

xeberaz.info-nun məlumatına görə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin məlumatına görə, ötən il 4306 nəfər Rusiya vətəndaşlığından imtina edib. Bu, son üç ilin ən yüksək göstəricisidir.

2020-2021-ci illərdə Sanitariya-epidemioloji tələblərə uyğun olaraq xaricdəki Rusiya müəssisələrində ziyarətçilərin qəbulu məhdud rejimdə aparıldığına görə xaricdə Rusiya vətəndaşlığından çıxmaqla bağlı müraciətlərin sayının dinamikasında ciddi dəyişiklik yoxdur.

Əvvəllər 2022-ci ildə 691 mindən çox insanın Rusiya vətəndaşlığını qəbul etdiyi bildirilirdisə, ötən il bu rəqəm 6,4% azalıb. Bundan əvvəl, ən azı beş ildir ki, onların sayı durmadan artır. Ötən il Rusiya vətəndaşlığını qəbul edənlərin 43%-i Ukrayna, təxminən 25%-i Tacikistan, 6,5%-i isə Ermənistan sakinləri olub. Qazaxıstan, Özbəkistan və Azərbaycan sakinlərinə də vətəndaşlıq verilib.