Ən son xəbərlər:

09.02.2023/07:39/ Avropa İttifaqı hələlik Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı yekun qərar qəbul etməyib

Avropa İttifaqı hələlik Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı yekun qərar qəbul etməyib.

xeberaz.info-nun məlumatına görə  Aİ və onun yüksək vəzifəli rəsmiləri Rusiyanın bütün dağıntıların əvəzini ödəməli olduğunu açıq şəkildə bildirirlər. Aİ hazırda bu məqsədlə dondurulmuş və ya müsadirə edilmiş Rusiya aktivlərindən istifadə yollarını araşdırır. Lakin bu məsələ ilə bağlı qərar hələ qəbul edilməyib, Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bu barədə “İzvestiya” nəşrinə bildirib.

Aİ Rusiya Federasiyası Mərkəzi Bankının 300 milyard avro, eləcə də rus iş adamlarına məxsus təxminən 19 milyard avroluq aktivlərini dondurub. İndiyədək assosiasiya ölkələrində aktivlərin müsadirə edilməsinin qanuni yolları tapılmayıb.

Hələ ötən ilin mart ayında AK Rusiya və Belarus fiziki şəxsləri, habelə hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqinin daha yaxşı əlaqələndirilməsini təmin etmək üçün dondurma və həbslər üzrə xüsusi qrup (Freeze and Seize Task Force) yaradıb. Bu qrup həm də Aİ-nin sanksiya siyahısında olan şəxslərə məxsus vəsaitlərin ələ keçirilməsi və müsadirə edilməsi imkanlarını araşdırır.