Ən son xəbərlər:

09.02.2023/07:01/ Berlin lazım olduğu müddətdə Kiyevə hərbi dəstək verməyə davam edəcək

Berlin lazım olduğu müddətdə Kiyevə hərbi dəstək verməyə davam edəcək.

xeberaz.info-nun məlumatına görə Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə bildirib ki, Almaniya Kiyevə lazım olan müddətdə hərbi dəstək verəcək.

Biz Ukraynanı dəstəkləyirik, ona maliyyə, humanitar və hərbi dəstək verdik. Nə qədər lazımdırsa, bunu davam etdirəcəyik, – kansler hava hücumundan müdafiə sistemləri, ağır artilleriya və tankların tədarükünü xatırladıb.

Parisdəki görüşdə Zelenski Makron və Şolzdan Kiyevi mümkün qədər tez qırıcı təyyarələrlə təmin etməyi xahiş edib. Zelenski vurğulayıb ki, pilotlarımız təyyarələri nə qədər tez əldə etsələr, biz Avropada sülhə bir o qədər tez qayıda bilərik.

Ukrayna lideri Vladimir Zelenski ötən gün axşam saatlarında Fransa paytaxtına gəlib. Bu gün o, Aİ-nin Brüsseldə planlaşdırılmamış sammitində iştirak edəcək.