Ən son xəbərlər:

08.02.2023/21:07/ III Çarlz Zelenski ilə Bukingem sarayında qəribə əl sıxma ilə görüşüb

III Çarlz Zelenski ilə Bukingem sarayında qəribə əl sıxma ilə görüşüb.

xeberaz.info-nun məlumatına görə Böyük Britaniya kralı III Çarlz Bukingem sarayında Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edib. Sky News-da nümayiş olunan kadrlara əsasən, III Çarlz uzun müddət Ukrayna liderinin əlini sıxaraq özünə tərəf çəkib. Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampı belə qəribə əl sıxmada ittiham etmişdilər.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında Vladimir Zelenski artıq Bukingem sarayını ziyarət etmiş, burada şahzadə Uilyam və həyat yoldaşı Keytlə görüşmüşdü.

Bundan əvvəl Zelenski Britaniya parlamentində çıxış edib və baş nazir Rişi Sunakla görüşüb. İndi o, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüşmək üçün Parisə gedəcək.