Ən son xəbərlər:

15.02.2024/17:35/Asiyadan Avropaya daşınmaların qiyməti 400% artıb

Asiyadan Avropaya daşınmaların qiyməti 400% artıb

Qırmızı dənizdəki münaqişə səbəbindən Asiyadan Avropaya malların çatdırılma müddəti 10-15 gün, daşıma xərcləri isə 400% artıb. Bu barədə İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Qırmızı dənizdən daşınmaların istiqamətləndirilməsi ilə əlaqədar olaraq, Avropa və Asiya arasında çatdırılma müddəti 10-15 gün, onların xərcləri isə 400% artıb”, – deyə Gentiloni bildirib.