Ən son xəbərlər:

12.02.2024/14:54/Almaniyanın super sənaye dövrü sona çata bilər

Almaniyanın super  sənaye dövrü sona çata bilər

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniya super sənaye dövləti kimi son günlərini yaşayır. Bloomberg yazır ki, bu vəziyyətə ABŞ-ın rəqabəti, Çinin alman mallarına marağının azalması və Rusiya qazının tədarükünün dayandırılması fonunda enerji böhranı səbəb olub.

Nəşrin sözlərinə görə, enişin digər səbəbi Berlini bürüyən siyasi iflic hesab edilə bilər. Qeyd olunur ki,  Almaniyanın super sənaye dövləti kimi günləri yəqin ki, başa çatır. Agentlik qeyd edir ki,  Avropanın ən böyük iqtisadiyyatında sənaye istehsalı 2017-ci ildən bəri azalma tendensiyası nümayiş etdirir və rəqabət qabiliyyətinin azalması ilə azalma sürətlənir.

Agentlik, istehsal avadanlığı təchizatçısı olan GEA Group AG-nin baş direktoru Stefan Klebertdən sitat gətirir: Düzünü desəm, çox da ümid yoxdur. Bu tendensiyanın qarşısını ala biləcəyimizə əmin deyiləm.