Ən son xəbərlər:

21.04.2023/ 09:44 / Türkiyədə Mayın 14-də keçiriləcək prezident seçkilərinə qədər qaz vətəndaşlar üçün pulsuz olacaq

Türkiyə prezidenti Ərdoğan Qara dənizdəki Sakarya yatağından qaz nəqlinə başlayıb.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya qazının əsas alıcısı öz yatağında hasilata başlayıb. “Anadolu” xəbər verir ki, Türkiyənin şimalındakı Zonquldak vilayətində Filhos qaz emalı kompleksində keçirilən mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan Qara dənizdəki Sakarya yatağından qaz nəqlinə başlayıb.

Birinci mərhələdə tədarüklər sutkada 10 milyon kubmetr, ildə 3,6 milyard kubmetr, ikinci mərhələdə isə 40 milyon kubmetr təşkil edəcək. Ərdoğanın sözlərinə görə, layihə ölkənin qaz ehtiyacının 30 faizini ödəyəcək.

Dövlət başçısı vurğuladı ki, tədarüklərin işə salınması sayəsində enerji müstəqilliyi istiqamətində nəhəng addım atılıb, işlər rekord müddətdə – 32 ayda yekunlaşıb. Hazırda Türkiyə idxal etdiyi qazın demək olar ki, yarısını Rusiyadan alır (ölkə 99,5 faiz idxaldan asılıdır), 2022-ci ildən Rusiya yanacağının əsas alıcısına çevrilib.

Tədbirin əhəmiyyətini vurğulamaq üçün Ərdoğan bəyan edib ki, Türkiyə sakinləri bir il ərzində mətbəxdə istifadə etdikləri qaz və isti su istehlakı üçün pul ödəməyəcəklər və yaxın ayda bütün ev təsərrüfatları qaza görə bütün ödənişlərdən azad olunacaqlar. . Beləliklə, mayın 14-də keçiriləcək prezident seçkilərinə qədər qaz vətəndaşlar üçün pulsuz olub.