Ən son xəbərlər:

21.04.2023/ 04:35 / Macarıstan və Serbiya Rusiya neftinin verilməsi üçün boru kəməri çəkməyi planlaşdırır

Macarıstan və Serbiya Rusiya neftinin verilməsi üçün boru kəməri çəkməyi planlaşdırır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Macarıstan və Serbiya iyun ayında Drujba boru kəmərindən Rusiya neftinin Macarıstan ərazisindən tranzitlə serb istehlakçılarına nəql ediləcəyi neft kəmərinin tikintisinə dair saziş imzalamağı planlaşdırır. Bu barədə cümə axşamı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Neqre ilə Budapeştdə danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, neft kəməri Macarıstanın Aldio şəhəri ilə Serbiyanın Novi Sad şəhəri arasında çəkiləcək. “MOL və Transnafta arasında bu layihə ilə bağlı danışıqlar davam edir. İyun ayına planlaşdırılan Serbiya-Macarıstan sammitində bununla bağlı saziş imzalana bilər”, – deyə Szijarto serb həmkarı ilə birgə mətbuat konfransında bildirib.