Ən son xəbərlər:

19.04.2023/ 21:33 / Qırğızıstanda latın əlifbasına keçməyi təklif etdilər

Qırğızıstanda latın əlifbasına keçməyi təklif etdilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Qırğızıstan parlamentinin deputatları Emil Toktoşev və Kamilə Təliyeva qırğız dilinin kiril əlifbasından latına keçilməsi təşəbbüsü ilə çıxış ediblər.

Əsl islahat aparmaq, dilimizi qorumaq üçün biz latın əlifbasına keçməliyik, – deputat Toktoşev belə bildirib.

Deputat Təliyeva bu təklifi dəstəkləyərək qeyd edib ki, belə bir qərar çoxdan verilməli idi.

Dekabrda Qırğızıstan prezidenti Sadır Japarov sənədlərin yalnız rus dilində aparılmasını yanlış adlandırıb.