Ən son xəbərlər:

19.04.2023/08:51/ Goranboy rayonunun Kürəkçay qəsəbəsində səyyar qəbul keçirilib

Goranboy rayonunun Kürəkçay qəsəbəsində səyyar qəbul keçirilib.

xeberaz.info Goranboy Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Sərəncam və tapşırıqlarına uyğun olaraq, yerlərdə sosial problemlərin həllinə yönlənən dövlət siyasəti dəstəklənir. Bu istiqamətdə, Goranboy rayonunun İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və ictimai fəalların bir qrupu Kürəkçay qəsəbəsində səyyar görüş keçirib.

Icra başçısı, səyyar görüşdə bir qrup kənd sakinlərini dinləyərək, onların mövcud problemlərini, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərini dəqiqləşdirib. Ardından, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirərək, bu problemlərin həlli üçün tədbirlər görülməsi planlaşdırılıb.

Belə səyyar görüşlər, vətəndaşların qaldırdıqları  məsələləri dərhal və yerində həllini tapmaq imkanı yaradaraq, əhalinin sosial məmnuniyyətini artırmaq, dövlət və xal arasında daha yaxın əlaqələr qurmaq məqsədilə həyata keçirilir.