Ən son xəbərlər:

19.04.2023/ 06:25/ ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağrıldılar

ABŞ, Böyük Britaniya və Kanada  səfirləri Rusiyanın işlərinə qarışdığı üçün Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiyanın işlərinə müdaxilə etdiklərinə və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlərə görə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə çağrılıblar. Bu barədə çərşənbə axşamı TASS Rusiya diplomatik departamentindən məlumat verilib.

Rusiyanın daxili işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar ABŞ, Böyük Britaniya və Kanadanın səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb”, – nazirlikdən belə bildirilib.