Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əks etdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin ictimaiyyətə təqdimat mərasiminə dəvət üçün, təqdimatın təşkilatçısı olan Sosial Tədqiqatlar Mərkəzinə təşəkkür edirəm- deyə Milli məclisin deputatı Jalə Əliyeva bildirib.
“Xeberaz.info” xəbər verir ki, xanım deputat bildirib ki, tədbirdə iştirak və çıxış edərək, kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs etdim, onun Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından önəmini vurğuladım.
Azərbaycan mətbəxi milli kimliyimizin daşıyıcısıdır. Kitab vasitəsilə biz təkcə bir regionun yeməklərini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşı yenidən gündəmə gətiririk. İrəvan xanlığının mətbəxi eyni zamanda Azərbaycanın minillərlə yaşadığı tarixi yurdun mənəvi-mədəni xəritəsinin bərpasına xidmət edir.
Ktabın ingilis dilində nəşri beynəlxalq elmi dairələr üçün yeni tədqiqat imkanları açır.
Sosial Tədqiqatlar Mərkəzində keçirilən təqdimat bir daha nümayiş etdirdi ki, Azərbaycan öz mədəni irsinə sahib çıxmaqla yanaşı, İrəvanın əsl tarixi simasının – Azərbaycan şəhəri olduğu həqiqətinin də beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçün prinsipial və ardıcıl mövqe nümayiş etdirir.