Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən gün: 15 İyunun strateji əhəmiyyəti” adlı tədbir keçirilib .
Bununla bağlı Elnur Allahverdiyev “Xeberaz.info” -a açıqlamasında bildirib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, YAP Veteranlar Şurasının üzvləri, millət vəkilləri, ali təhsil və tibb müəssisələrinin rəhbərləri, YAP Yasamal rayon təşkilatının və Yasamal RİH-in əməkdaşları iştirak etdiyi tədbirdə qeyd olunmuşdur ki, 1993-cü il iyunun 15-i Azərbaycan dövlətçiliyinin xilas və inkişaf yolunun başlanğıcıdır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə hüquqi dövlət quruculuğu, ordu və təhlükəsizlik sisteminin formalaşdırılması, xarici siyasətdə balanslı kurs və ən əsası, milli birliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda lider dövlətə çevrilib və tarixi zəfərlər əldə edib. Qarabağın azadlığı və Böyük Qayıdış siyasəti milli qurtuluş ruhunun real təcəssümüdür.