image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-500px-heyder_eliyevin_91-lerle_gorusu

“91-lər”in müraciəti

image-legitimaz-810x90

“91-lər”in müraciəti.

21 noyabr 1992-ci ildən bizi  33 illik zaman ayırır. 33 il öncə müstəqil Azərbaycanın siyasi həyatında yeni cığır açıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdı. 33 il bundan öncə ölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqın istəyi oldu. Yeni Azərbaycan Partiyasının yaranması doğrudan da tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdi. Bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Ulu Öndər Heydər Əliyevin simasında görürdülər.

Məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən “91-lər”in müraciəti Azərbaycanın həyatında mühüm dönüş nöqtəsi oldu. Onların “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin həmin dövr üçün reallıqlarının təqdimatı və bundan çıxış yolu olaraq yeni partiyanın yaradılması, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin bu partiyaya rəhbərlik etməsi zərurətinin təqdimatı idi. Həmin müraciətdə belə bir əminlik ifadə edildi ki, Yeni Azərbaycan Partiyasına  bu gün rəhbərlik etməyə qadir olan yeganə  mütləq lider Heydər Əliyev ola  bilər.  Yalnız bu halda  yaranmaqda olan partiya  öz qarşısına qoyduğu  məqsədə çatar,  respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək  Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan  boşluğu doldurar, dövlət quruculuğu işlərinə layiqli töhfəsini verə bilər.  Əgər bu partiyanın bünövrəsini Ulu Öndər Heydər Əliyev  kimi güclü dövlət xadimi  qoyarsa, o, uzun  illər  xalqımızın bir necə nəsli üçün də siyasi yetkinlik məktəbidir. Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda” cavabı ilə belə bir partiyanın yaradılmasına razılığını verməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi.

 

Vüsalə Kərimova Zərdab şəhər 1 nömrəli məktəb liseyn direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki