image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azerbay

9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü ümumxalq bayramı kimi qeyd olunur və uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır

image-legitimaz-810x90

9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü ümumxalq bayramı kimi qeyd olunur və uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır

 

Naxçıvan MR Ali Məclisinin Sədri kimi dövlət atributlarını bərpa edən Ulu Öndər Heydər Əliyevin “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun” sözləri bayrağımızın müqəddəslik rəmzidir. 1993-cü il oktyabrın 3-də Prezident seçilən “Ümummilli Lider Heydər Əliyev andiçmə mərasimində bir daha dövlətçilik rəmzi olan atributlara sədaqətini bayrağımızı öpməklə ifadə etmişdir: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”.

Üçrəngli Bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, üzvü olduğumuz digər beynəlxalq təşkilatların, ölkəmizi başqa respublikalarda təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə Azərbaycanı təmsil edir, göz oxşayır. Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması da əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, süverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olundu. Beləliklə, hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü ümumxalq bayramı kimi qeyd olunur və uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki