Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bayrağımız ölkəmizin hər yerində vüqarla dalğalanır. Üzvü olduğumuz beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanan bayrağımız müstəqil dövlətimizin varlığını dünyaya çatdırır. Bayrağımız mühüm tədbirlər, mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir. Dövlət Bayrağı Gününün təsis edilməsi bu istiqamətdə Azərbaycan Prezidentinin verdiyi ən mühüm tarixi qərarlardan biridir. Dövlət rəmzinə hörmət hər bir vətəndaşın ən ali borcudur. Bu məsələ Konstitutiyamızda da öz əksini tapb. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərimizə – bayrağımıza, gerbimizə və himnimizə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Dövlət Bayrağımız hər bir vətəndaşımızın milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.. Prezident İlham Əliyev bayrağımızı eşidilən səsimiz, duyulan nəfəsimiz adlandırıb: “Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Zərdab rayon Gəlmə kənd sakini- Valeh Məmmədov





















