image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1750668942-17506688335750435006_1200x630

“8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək

image-legitimaz-810x90

“8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək

Prezident cənab İlham Əliyevin dövlət başçısı olaraq fəaliyyətinin bütün mərhələlərində ölkəmizin elektroenergetika sisteminə, eləcə də paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərilib. Bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri böyük vüsət alıb. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib.

Dövlətimizin başçısı çıxışlarının birində energetika sistemində görülən işləri yüksək qiymətləndirib, xüsusilə son illərdə həyata keçirilən tədbirlərin enerji təsərrüfatını tamamilə yeniləşdirdiyini, respublikamızı qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlər çəkildiyini, bir çox yerlərdə yeni yarımstansiyaların tikildiyini, transformatorların quraşdırıldığını bildirib: “Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər…”.

Bir sözlə, energetika sahəsində həyata keçirilən çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər, demək olar ki, həllini tapıb, respublikamız artıq enerji təminatçısına çevrilib. Belə ki, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir.

Prezident cənab İlham Əliyevin iştirakı ilə iyunun 24-də “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də respublikada elektrik enerjisi təsərrüfatının fəaliyyətinin gücləndirilməsinin bariz ifadəsidir. Dövlətimizin başçısı bu mərasimdə çıxış edərək deyib: “Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir”.

Dövlət başçısı çıxışında “8 Noyabr” Elektrik Stansiyasının respublikamızın ən böyük elektrik infrastrukturu olduğunu, 1880 meqavat gücündəki qurğunun Azərbaycanın enerji potensialını daha da gücləndirəcəyini, enerji sisteminin səmərəliliyini artıracağını və beləliklə, Mingəçevirin nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da möhkəmləndirəcəyini qeyd edib.

Prezident cənab İlham Əliyev, eyni zamanda, hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxunun Mingəçevirdə istehsal olunduğunu və görülmüş bütün bu işlərin bir daha Azərbaycanın doğru yolla irəlilədiyini göstərdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı çıxışında qeyd edib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Enerji sisteminin səmərəliliyi yüksələcək, potensial, generasiya gücü artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, Azərbaycana təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq.

Göründüyü kimi, energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığının və məmnunluğunun təmin olunması Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun prioritet hədəfləri sırasındadır. Postkonflikt dövründə isə düşməndən təmizlənən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir.

Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa işləri sürətlə aparılır. Bu torpaqlarda infrastrukturun yenidən qurulması, energetika sisteminin yaradılması xüsusi diqqətdə saxlanılır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki