image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8u2zxoz06g_008

“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır

image-legitimaz-810x90

“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır

Müstəqil Azərbaycan zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata malik olmaqla yanaşı dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkəmizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir. Azərbaycanın bu gün həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. İyunun 24-də Mingəçevirdə 44 günlük Vətən müharibəsindəki Zəfərimizin şərəfinə “8 Noyabr” adlandırılan Elektrik Stansiyasının açılış mərasimi Azərbaycanın energetika strategiyası tarixinə uğurlu bir addım kimi əlavə olundu. Prezident cənab İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də, öz növbəsində Azərbaycanda elektrik enerjisi təsərrüfatının fəaliyyətinin gücləndirilməsinin bariz göstəricisidir.

Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.”- deyə bildirən Prezidentimiz cənab İlham Əliyevin 1880 meqavat gücündəki qurğunun Azərbaycanın enerji potensialını daha da gücləndirəcəyini, enerji sisteminin səmərəliliyini artıracağını və beləliklə, Mingəçevirin nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da möhkəmləndirəcəyini qeyd edib. Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu ölkəmizin nur şəhəri Mingəçevirdə istehsal olunur Beş il əvvəl Mingəçevirdə yenidən qurulan “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Azərbaycanın müstəqillik dövrünün ən böyek enerji obyekti – “8 Noyabr” Stansiyasının istismara verilməsi ölkəmizdə enerji sisteminin səmərəliliyini daha da yüksəldəcək.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki