image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1629199117-ov-tufengi-ov-tufengi

60 yaşlı sərxoş kişi keçmiş kürəkənini güllələyib öldürdü

image-legitimaz-810x90

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

Xeberaz.info xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki