image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-53f4d339de31aa0853c273ab0a41cf30

450 milyard dollarlıq RAZILAŞMA –Tramp detalları AÇIQLADI

image-legitimaz-810x90

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Cənubi Koreya ilə iri həcmli ticarət razılaşmasına nail olub.

”Xeberaz.info” xəbər verir ki, müqavilənin şərtlərinə əsasən Cənubi Koreya Trampın seçdiyi investisiya layihələri üçün ABŞ-a 350 milyard dollar vəsait ayıracaq.

Bundan əlavə, Seul 100 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) və digər enerji məhsulları alacaq.

Məlumata görə, Cənubi Koreyanın ABŞ-a sərmayələr yatıracaq. Nəzərdə tutulan investisiya həcmi iki həftə ərzində, Cənubi Koreya prezidenti Li Ce Mönun Vaşinqtona səfəri zamanı elan ediləcək.

Razılaşmaya əsasən, Cənubi Koreya öz bazarını ABŞ məhsullarına açacaq və 15 faizlik idxal rüsumu tətbiq edəcək. ABŞ isə qarşılıq olaraq heç bir tarif ödəməyəcək.

Tramp bu razılaşmanın ABŞ iqtisadiyyatı üçün böyük üstünlüklər yaradacağını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki