image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-hindistan-itkin

45 il əvvəl itkin düşən şəxs ailəsinə qovuşdu

image-legitimaz-810x90

45 il əvvəl itkin düşən hindistanlı kişi yaddaşı bərpa olduqdan sonra ailəsinə qovuşub.

Xeberaz.info xəbər verir ki, bu barədə “Tayms of İndia” qəzetinin məlumatında deyilir.

Belə ki, 1980-ci ildə 16 yaşlı Rixi Ram Himaçal Pradeşdəki evindən çıxıb və ağır qəzaya düşüb, nəticədə kəllə-beyin travması alması səbəbindən yaddaşını itirib.

Uzun müddət Rixidən xəbər ala bilməyən valideynlər onun öldüyünü düşünürdülər.

Bu zaman ərzində gənc oğlan Mumbaya köçüb, adını Ravi Çaudhari olaraq dəyişdirib və keçmişini unudaraq ailə qurub.

Lakin bir neçə ay əvvəl başına dəyən güclü zərbədən sonra onun doğma kəndindəki uşaqlıq xatirələri bərpa olunmağa başlayıb. Həyat yoldaşının köməyi ilə doğma yurdunu və onun şəxsiyyətini təsdiqləyən kəndliləri tapa bilib.

15 noyabrda Rixi Ram 1600 km uzaqlıqdakı Nadi kəndinə qayıdıb və bacı-qardaşları ilə yenidən qovuşub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki