image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1632737255_0aq-2

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənib

image-legitimaz-810x90

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənib

27 sentyabrda başlanan “Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Bu gün 27 sentyabr dünya azərbaycanlıları üçün həm Anım, həm də qürur günüdür. Məhz ruhları anılan şəhidlərmizə görə şanlı Qələbənin qürurunu yaşayırıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənib. Artıq Azərbaycanla hesablaşırlar. Dövlətimiz tərəfindən irəli sürlən təşəbbüs və təkliflər beynalxalq birlik tərəfindən tam yerinə yetirilir. Bu da bir daha Azərbaycan dövlətinin gücünün göstəricisidir. Bu gün Azərbaycan dövləti hərbi gücünü artırıb. Yeni-yeni silahlar alınıb. Hərbiçilərimiz Ermənistanla sərhəddə möhkəmlənib.  Artıq bizim əsgərlərimiz öz sərhədlərimizi qoruyurlar. Baxmayaraq ki, Ermənistan tərəfindən bəzən sərhəddə təxribatlar törədilir, amma bunlara ordumuz tərəfindən lazımı səviyyədə cavab verilir. Onlar bilirlər ki, Azərbaycan Ordusu istənilən zaman döyüşə hazırdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki