image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Şərəfli tariximizin şanlı səhifələrindən biri, milli birliyin, milli həmrəyliyin heç bir sərhəd, heç bir qorxu bilmədən birləşmə istəyi ilə coşub çağladığı, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunduğu 31 Dekabr tarixidir. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən böyük sevinclə qeyd olunur. Bu bayram müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini özündə birləşdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Son illərdə sevincini və qürurunu hər gün yaşadığımız Böyük Zəfər hər bir kəsi birləşdirən milli birliyimizin nəticəsidir. Bir daha bütün dünya gördü ki, xalqımız ən ağır gündə birlik olub, həmrəy olub, yumruq olub bir nöqtəyə vura bilir. Vətən müharibəsindəki qələbə milli birliyimizin səbəbidir. Bu gün cənab Ali Baş Komandan İlham Əliyevin öz xalqının yanında olması, xalqın Ona sarsılmaz inamının, etimadının göstəricisidir.

Hazırda Azərbaycan, dinamik şəkildə inkişaf etmiş, ərazi bütövlüyünü təmin etmiş, qalib bir ölkədir. Dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlı haqlı olaraq fəxr edir ki, onun müstəqil, milli maraqlarına və dəyərlərinə sadiq Azərbaycan adlı bir vətəni vardır.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki