2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla həyata keçirilən siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Dövlətimizin başçısı tərərfindən ümummilli hədfəflər müəyyənləşdirlir və milli güc qarşya qoyulan məqsədlərə çatılmasına səfərbər edilir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən əvvəlki mərhəədə ərazi bütövlüyümüzün təmin edilməsini ölkənin gündəliyinin mərkəzində saxlanılmasına nail oldu. Bu məqsədlə iqtisadiyyat gücləndirildi, müasir Ordu quruldu, vətənpərvər ruhlu gənclər yetişdirildi. Bütün bunlar da 2020-ci ildə apardığımız 44 günlük ədalətli müharibədə şanlı Zəfərimizi şərtəndirən əsas amillər qismində çıxış etdi.
Bununla belə, müharibə başa çatdıqdan sonrakı mərhələdə məğlub Ermənistanın üçtərəfli Bəyanatın şərtərini pozmaqla silahlı qüvvələrinin təxminən 15 minlik kontingentini ölkəmizin ərazisində saxlaması qəbuledilməz idi. Separatçı rejimin nəzarətində olan ərazilərimizdə tez-tez təxribatlar törədilirdi. Bu, açıq-aşkar Konstitusiya quruluşunun, suverenliyin pozulması demək idi ki, Azərbaycan dövləti bununla barışa bilməzdi və barışmadı da. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident cənab İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə – Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı. Oktyabrın 15-də Prezident cənab İlham Əliyev üçrəngli bayrağımızı, həmçinin Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində də ucaldıb.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal






















