image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558885520_1351873892959052_6911538660953543745_n

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir

image-legitimaz-810x90

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir

2020-ci ildən etibarən Azərbaycanın enerji strategiyasında yeni bir mərhələ başlayıb. Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi vasitəsilə Azərbaycan qazının İtaliyaya və oradan Avropanın digər ölkələrinə ixracı gerçəkləşib. Bu, sadəcə iqtisadi uğur deyil, həm də geosiyasi baxımdan böyük bir nailiyyətdir.

Azərbaycanın zəngin enerji resursları uzun illərdir ki, dünya bazarına çıxış tapır. Amma TAP layihəsi bu prosesdə xüsusi əhəmiyyətə malikdir. Çünki Avropa üçün enerji təhlükəsizliyi məsələsi gündəlikdə ən prioritet mövzulardan biridir. Azərbaycanın qaz ixracı isə bu təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Avropa bazarı üçün etibarlı, davamlı və dayanıqlı mənbə rolunu oynayan Azərbaycan, həmçinin öz iqtisadiyyatını da möhkəmləndirir.

TAP layihəsi təkcə bir enerji kəməri deyil, həm də siyasi münasibətlərin, əməkdaşlıq və qarşılıqlı etimadın simvoludur. Azərbaycan bu layihə ilə həm İtaliya, həm də digər Avropa dövlətləri ilə əlaqələrini daha da gücləndirib. Nəticədə ölkəmizin beynəlxalq nüfuzu artıb, iqtisadi sabitliyimizə əlavə güc gəlib.

Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafını bir daha nümayiş etdirir. İtaliya Prezidentinin səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib. TAP layihəsi uğurla icra edildiyini xatırladan ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Bu gün TAP vasitəsilə Avropaya gedən hər kubmetr qaz Azərbaycanın dünya enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirir. Bu, dövlətimizin uzaqgörən siyasətinin, xalqımızın zəhmətinin və strateji tərəfdaşlıqların parlaq nəticəsidir.

 

Zərdab şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Ruxsarə Ağayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki