2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.
31 avqust 1993-cü ildə əzəli və əbədi düşmənlərimiz olan Ermənistan silahlı birləsmələri tərəfindən işğal edilmiş, təəssüflər olsun ki, oranın azərbaycanlı əhalisi məcburi köçkün olmuşdur. Rayon ərazisində yerləşən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçdi. Mahruzlu və Zilanlı kəndləri də erməni vandalizminə məruz qalmışdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış İkinci Qarabağ müharibəsində, əlbəttə ki, qələbə Qubadlı şəhərindən də yan keçmədi. Cənab Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə keçirilən 44 günlük şanlı zəfər tariximizin 29-cu günü Qubadlı şəhəri düşmən tapdağından azad oldu.Əlbəttə ki, hər bir yaşayış məntəqəsinin azad olunması tarixi hadisədir. Oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad olunması oktyabrın 25-də Qubadlının işğaldan azad olunmasına istiqamət verdi. Qubadlının azad olunması isə tarixi qələbəni yaxınlaşdırdı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, 25 oktyabr- Qubadlı şəhəri günü kimi qeyd edilir. 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edilib. General-leytenant Hikmət Mirzəyev, general-mayor Mayis Bərxudarov, polkovnik Qiyas Abbasov, polkovnik-leytenant Nurxan Abdullayev, mayor Ülfət Abasquliyev, kapitan Elçin Abdullayev və daha neçə vətənini qəhrəmancasına qoruyan , igidliklə mübarizə aparan Azərbaycan oğulları bu medalla təltif olunub. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisələrdən biridir. Azad Qubadlı artıq abadlaşma mərhələsindədir. Rayonun Mahruzlu və ilanlı kəndlərində tikinti işlərinə start verilmişdir. Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr, Zilanli kəndi isə 20 kilometr məsafədə yerləsir. Aparılan yenidənqurma layihələri çərçivəsində bu kəndlərdə də evlərin tikintisi, əhalinin məskunlaşdırılması, məktəb binası, uşaq bağçası, ailə-sağlamlıq mərkəzi, inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, çayxana tikilməsi nəzərdə tutulur. İşgaldan azad edildikdən sonra Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinə 4dəfə səfər edib və hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. 25 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin- Qubadlı -Laçın avtomobil yolunun 10-cu kilometrliyində Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində istirak ediblər. Bu işğaldan azad olunmuş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Həmçinin 25 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında istirak ediblər. Bu, azad edilmiş torpaqlarda artıq 7-ci yarımstansiya idi. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətləri də çəkilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. 25 oktyabr 2021-ci il tarixinda Prezident və xanımı Qubadlı Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında da iştirak etmislər.
Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.


















