2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.
Qubadlının işğaldan azad olunmasından artıq 5 il keçir. Oktyabr ayının 25-i tarixi xalqın yaddaşında bir ömür yaşayacaq. İkinci Qarabağ savaşı hansı ki, “Dəmir yumruq” əməliyyatı ilə keçirilmişdir, Azərbaycan tarixinə qürur dolu şanlı səhifələr yazdı.
Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 44 günlük Vətən müharibəsində bütün dünyaya səs salaraq öz gücünü göstərmiş oldu. Oktyabrın 25-i Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı şəhəri mənfur düşməndən təmizləndi. Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək çox qısa, cəmi bir neçə gün çəkdi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.
İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir.
Zərifə Xanlarzadə – Zərdab rayonu Xasa kənd ümumi orta ümumitəhsil məktəbinin müəllimi
























