image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-unnamed

20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti

image-legitimaz-810x90

20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti.

20 Yanvar 1990-cı il Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qanla yazılmış, lakin şərəfli səhifəsidir. Həmin gecə sovet imperiyasının hərbi müdaxiləsi nəticəsində günahsız insanların qətlə yetirilməsi xalqın iradəsini sındıra bilməmiş, əksinə, müstəqillik arzularını daha da gücləndirmişdir. Bu faciənin qurbanları – 20 Yanvar şəhidləri Azərbaycan tarixində azadlıq, suverenlik və milli ləyaqət rəmzinə çevrilmişdir. Məhz bu baxımdan onların xatirəsinin əbədiləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur.

Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur

Dövlət siyasətində 20 Yanvar şəhidlərinin xatirəsinin yaşadılması ardıcıl və sistemli şəkildə həyata keçirilir. Şəhidlər Xiyabanının müqəddəs ziyarətgah kimi qorunması, burada aparılan abadlıq və yenidənqurma işləri, memorial komplekslərin ucaldılması bu siyasətin maddi təzahürləridir. Hər il yanvarın 20-də ölkə rəhbərliyinin, dövlət və hökumət nümayəndələrinin, eləcə də minlərlə vətəndaşın Şəhidlər Xiyabanını ziyarət etməsi xalq–dövlət birliyinin və milli həmrəyliyin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti çərçivəsində şəhid ailələrinə göstərilən sosial qayğı da xüsusi əhəmiyyət daşıyır. Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi və onlara verilən fəxri statuslar dövlətin mənəvi borcunun ifadəsidir. Bu yanaşma 20 Yanvar şəhidlərinə ehtiramın təkcə simvolik deyil, real və davamlı xarakter daşıdığını göstərir.

Eyni zamanda, 20 Yanvar faciəsinin gənc nəsillərə düzgün çatdırılması dövlətin ideoloji və maarifləndirici siyasətinin əsas istiqamətlərindəndir. Təhsil müəssisələrində keçirilən anım tədbirləri, elmi konfranslar, nəşr olunan kitablar və sənədli filmlər bu tarixi hadisənin milli yaddaşda daim canlı qalmasını təmin edir.

20 Yanvar şəhidlərinin xatirəsinə göstərilən ali diqqət və ehtiram Azərbaycan dövlətinin müstəqillik ideallarına sədaqətinin, milli tarixə və şəhidlərə olan dərin hörmətinin təzahürüdür. Bu siyasət xalqın keçmişi ilə bu günü arasında möhkəm mənəvi körpü yaradır və gələcək nəsillərə azadlığın hansı bədəl bahasına qazanıldığını unutmamağı aşılayır.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki