image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baku-bay

20 Sentyabr – Tariximizin şanlı səhifəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

image-legitimaz-810x90

20 Sentyabr – Tariximizin şanlı səhifəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı.

Bu günün təsis edilməsi 30 ildən artıq davam etmiş işğalın sona çatmasının, minlərlə şəhidin qanı və canı bahasına qazanılmış qələbənin rəmzidir.

2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının sözləri bu tarixi anın mahiyyətini açıq göstərirdi:

“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı… Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi”

Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və dövlətin qətiyyətli siyasətinin nəticələrini nümayiş etdirdi”.

“Prezident İlham Əliyev çıxışında Şuşanın azad edilməsini “Qarabağın tacının geri qaytarılması” kimi dəyərləndirdi və Azərbaycan xalqının bu günə illərlə hazırlaşdığını vurğuladı.

Həmçinin, ölkə başçısı İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilib. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcək”.

“Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyır.

2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına dönüşün simvoluna çevrildi.

Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür.

Xankəndidə hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, Zəfər parkının, dəmiryolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa müddətdə əldə edilən uğurların bariz nümunəsidir.

Xankəndi antiterror əməliyyatından ötən iki ildə Azərbaycan təkcə suverenliyini bərpa etməmiş, həm də azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirmişdir.  Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir.

Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib və bayrağımız bu torpaqlarda əbədi dalğalanacaq”,- deyə millət vəkili qeyd etdi.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki