Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri, ordu generalı Bəxtiyar Ərsaya yeni vəzifə verilib.
“Xeberaz.info” Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəxtiyar Ərsay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. Bu, Türkiyənin əsas ordu birləşməsi sayılır və qərargahı İstanbul şəhərində yerləşir.
Xatırladaq ki, avqustun 5-də B.Ərsaya ordu generalı rütbəsi verilib.
Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.